21:50
18°C
Bakı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə ərəb liderinin ofisinin saytı məlumat yayıb.
Görüş zamanı tərəflər müdafiə, investisiya və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər, habelə Qəzza zolağındakı vəziyyətə də toxunublar.
Yada salaq ki, Türkiyə lideri Fars körfəzi ölkələrinə turnesi çərçivəsində oktyabrın 21-i axşam saatlarında Qətərə gedib. O, Küveytdə olub, Omana getməyi də planlaşdırıb.