Paşinyan II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirdiyini bildirib
Dünya
264
18:20, Bu gün

Paşinyan II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirdiyini bildirib

Ktriç Nersisyan (II Qaregin) uzun müddətdir vəzifədən uzaqlaşdırılıb, lakin o özü kimi taxtdan salınmış digər bir qrup şəxslə erməni kilsəsinin ali rəhbərliyini ələ keçirib.

Moderator.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyasında bildirib.

“Ruhi həyatın olmadığı, intriqaların, dələduz qrupların fəaliyyət göstərdiyi yerdə bizim bu abidələri cəmiyyətə qaytarmaq, Ata Arama və ona bənzər keşişlərə dəstək vermək üçün bütün mənəvi və hüquqi əsaslarımız var. Onlar Ermənistanda həqiqi ruhi həyatı bərpa edə bilərlər”, - Paşinyan katalikosa mesaj göndərib.

Link kopyalandı!
Son xəbərlər