“Gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini fəal olaraq təkmilləşdirməyə başlayacağıq”.
Moderator.az xəbər verir ki, bunu “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Laşa Abaşidze V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən paneldə deyib.
O, BTQ-nin region üçün çox vacib olduğunu qeyd edib.
“Bu layihə çərçivəsində Axalkalakidə yeni terminalın yaradılması nəzərdə tutulur. Bu terminal ayrı-ayrı əməliyyatlar üçün bağlayıcı bənd rolunu oynayacaq. Bakı-Tbilisi-Qars layihəsi sayəsində yeni əlaqələr əldə edirik və bu da Orta Dəhliz üçün yeni tərəfdaşlar tapmağa imkan verir. Bu xətt 5 milyon ton yük daşımaq gücünə malikdir”, - Abaşidze bildirib.
O vurğulayıb ki, 2027-ci ilədək Gürcüstanda dəmir yolları ilə yükdaşımalarının təhlükəsizliyi və sürəti əhəmiyyətli dərəcədə artacaq.