Fransa muzeyləri cinayətkarların hədəfində
Dünya
247
17:40, Bu gün

Fransa muzeyləri cinayətkarların hədəfində

Luvr muzeyindəki oğurluqdan bir neçə saat sonra naməlum şəxslər Fransanın Lanqr şəhərində (Yuxarı Marna departamenti) böyük Fransa yazıçısı və filosofunun adını daşıyan "Deni Didro Maarifləndirmə Evi" muzeyini də qarət ediblər.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "France Info" radiostansiyası yayıb.

Məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həyəcan siqnalı ilə dərhal hadisə yerinə cəlb olunublar. İlkin baxış göstərib ki, muzey eksponatlarının bir qismi yoxdur.

Cinayətkarlar XVIII-XIX əsrlərdə zərb edilmiş qızıl və gümüş sikkələrdən ibarət kolleksiyanı oğurlayıblar. Digər eksponatlara zərər dəyməyib. Faktla bağlı araşdırma aparılır.

Ehtimallara görə, hadisə oktyabrın 20-nə keçən gecə baş verib. Giriş qapısı qırılıb, vitrin sındırılıb. Hazırda "Deni Didro Maarifləndirmə Evi" ziyarət üçün bağlıdır.

Fransa Daxili İşlər Nazirliyi bəyan edib ki, muzeylərin və mədəni irs obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün sərt tədbirlər görüləcək.

Link kopyalandı!
Son xəbərlər