19:25
17°C
Bakı
Suriyanın şimal-qərbində Suriya təhlükəsizlik xidmətinin əməkdaşları ilə fransız millətindən olan silahlı qruplaşmalar arasında toqquşma baş verib.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Məlumata görə, Suriya təhlükəsizlik qüvvələri İdlib ətrafında fransız millətindən olan döyüşçülərin olduğu düşərgəni mühasirəyə alıblar. Onlar axtarışda olan fransız döyüşçülərini həbs etmək üçün düşərgəyə qarşı genişmiqyaslı əməliyyata başlayıblar.