Zelenski hərbi xərcləri artırdı
Dünya
395
16:25, Bu gün

Zelenski hərbi xərcləri artırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Rada tərəfindən təsdiqlənən və cari ilin dövlət büdcəsi qanununa hərbi xərclərin 325 milyard qrivenə (7.7 milyard dollar) qədər artırılmasını nəzərdə tutan düzəlişləri imzalayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Ukrayna parlamentinin saytında dərc olunmuş qanun layihəsinin sənədində məlumat verilib.

Məlumata görə, Kiyev bu 325 milyard qrivendən 292 milyard qrivenin (7 milyard dollar) dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcəyini gözləyir. Bu məbləğin böyük hissəsi Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına (təxminən 5 milyard dollar), həmçinin silah və sursatların alınması və istehsalına (2.3 milyard dollar) sərf ediləcək.

Link kopyalandı!
Son xəbərlər