Polşa öz konstruksiyası olan dronların kütləvi istehsalına hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə onet.pl Milli Müdafiə naziri Vladislav Kosinyak-Kamışa istinadən məlumat verib.
"Polşada dronların kütləvi istehsalı qurulub", - deyə o bildirib.
Nazir əlavə edib ki, Polşada istehsalçılar bir çox yerlərdə dronların kütləvi istehsalına hazırdırlar.
O, nümunə olaraq "WB Electronics" özəl şirkətini göstərib.
"Bu, kiçik dövlət iştirakı ilə özəl təşəbbüsdür", - deyə o dəqiqləşdirib.
Xatırladaq ki, may ayında Polşa Silah Agentliyi "WB Electronics" şirkətindən 10 min "Warmate" sursatı alıb. Bu müqavilə üzrə tədarüklər 2035-ci ilə qədər davam edəcək. "Warmate" kamikadze dronlarının qanadları 1.5 metrdən daha çox məsafəyə açılır və bir saata qədər havada qala bilər. İstehsalçının məlumatına görə, onların uçuş məsafəsi təxminən 30 km təşkil edir.