Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Dövlət katibi Marko Rubio oktyabrın 23-də İsrailə ikigünlük səfər etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti yazıb.
Bildirilir ki, oktyabrın 21-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailə səfər edib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Ev başçısının kürəkəni Cared Kuşner bu həftənin əvvəlindən İsüraildə səfərdədirlər. ABŞ nümayəndələri səylərini Qəzza zolağında atəşkəsin saxlanılması üzərində cəmləşdiriblər.
Xatırladaq ki, Donald Tramp oktyabrın 9-da İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında sülh planının Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutan birinci mərhələsi üzrə razılıq əldə olunduğunu elan edib. Oktyabrın 10-na keçən gecə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bütün girovların azad edilməsi barədə razılaşmanın hökumət tərəfindən təsdiqləndiyi barədə məlumat verib. Qəzzada atəşkəs sazişi oktyabrın 10-da qüvvəyə minib.