Bizi sosial şəbəkələrdən izləyin:
"Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AHY) məxsus "Embraer 190" təyyarəsi ilə bağlı araşdırmanın son nəticələri yalnız 2026-cı ilin əvvəlində açıqlana bilər".
Moderator.az xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev "RIA Novosti"yə müsahibəsində bəyan edib.
"Bu, normativ müddətdir, adətən araşdırma təxminən bir il, bəlkə bir az daha çox vaxt aparır", - deyə Bozumbayev bildirib.
O qeyd edib ki, hazırda bütün müvafiq işlər görülür.
Bozumbayev, həmçinin vurğulayıb ki, komissiya beynəlxalq standartlara uyğun çalışır və hadisənin bütün hallarını diqqətlə təhlil edir.
Kanat Bozumbayev avqustda da bildirmişdi ki, yekun hesabat bir neçə ay ərzində təqdim edilə bilər. Onun sözlərinə görə, əsas elementlərdən biri - elektron sistemlərin vahid modul bloku (avionika) ekspertiza üçün ABŞ-yə göndərilib.