Merkel Mertsin yubileyinə dəvət olunmayıb
Dünya
245
14:19, Bu gün

Merkel Mertsin yubileyinə dəvət olunmayıb

Almaniyanın sabiq kansleri Angela Merkel sələfi Fridrix Mertsin ad gününə dəvət almayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
 
Məlumata görə, Mertsin noyabrın 11-də 70 yaşı tamam olacaq. O, 1963-cü ildə 87 yaşında vəzifəsindən ayrılan Konrad Adenauerdən sonra Almaniyanın ən yaşlı kansleridir.
 
Bildirilir ki, Almaniya liderinin yubileyi ilə bağlı Xristian Demokrat və Xristian Sosial birliklərinin parlament fraksiyası Bundestaqda təntənəli ziyafət təşkil edəcək. Tədbirə parlament üzvləri və region rəhbərləri də daxil olmaqla təxminən 300 qonaq qatılacaq.
 
"Biz belə bir dəvət almamışıq. Keçmiş kansler həmin vaxt xaricə səfər edəcəyi üçün onun tədbirdə iştirakı qeyri-mümkündür", - deyə Merkelin nümayəndəsi məlumat verib.
 
Məlumata görə, artıq bəzi dəvətnamələr göndərilib, lakin proses hələ tamamlanmayıb. Merkelin son nəticədə yubileyə dəvət edilib-edilməyəcəyi hələ də bəlli deyil. Xəbərdə bildirilir ki, Merkel və Mertsin münasibətləri uzun müddətdir gərgindir.
 
2024-cü ilin iyulunda Merts hələ kansler olmadıqda, Merkelin onu 70 illik yubileyinə dəvət etdiyi də vurğulanır.
Link kopyalandı!
Son xəbərlər