Luvr muzeyinin əməkdaşları işə çıxmaqdan imtina edirlər
Dünya
325
21 Oct 2025 | 22:50

Luvr muzeyinin əməkdaşları işə çıxmaqdan imtina edirlər

"Luvr muzeyinin təhlükəsizlik xidmətinin əməkdaşları oktyabrın 20-i işə başlamaqdan imtina ediblər".

Moderator.az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bunu muzeyin təhlükəsizlik xidməti işçilərinin həmkarlar ittifaqının rəhbəri Sara Abdelhedi bildirib.

Onun sözlərinə görə, muzey rəhbərliyi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə hansı tədbirlərin görüləcəyinə dair məlumat vermədiyi müddət ərzində əməkdaşlar işə çıxmayacaqlar.

Muzeyin həmkarlar ittifaqı həmçinin bəyan edib ki, uzun illər ərzində muzeyin texniki və kadr problemləri diqqətdən kənarda qalıb.

2023-cü ildə Luvrun təhlükəsizlik xidmətinin əməkdaşlarının sayı 856 nəfərə qədər azalıb. 2024-cü ildə onların sayı 994 nəfər olub.

Xatırladaq ki, Luvrda qarət oktyabrın 19-da səhər baş verib.

Link kopyalandı!
Son xəbərlər