Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
Dünya
371
21 Oct 2025 | 21:30

Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

Macarıstan parlamenti Ukrayna ərazisindəki silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejiminin müddətini daha altı ay uzadıb.

Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.

Fövqəladə vəziyyət rejimi baş nazirə və hökumətə parlamentdə müzakirə tələb edən qanunlar əsasında deyil, fərmanlar və qətnamələr yolu ilə bəzi qərarları sürətləndirilmiş qaydada qəbul etməyə imkan verir.

Xatırladaq ki, Macarıstan hökuməti 2022-ci ilin may ayında Ukraynada baş verən hadisələrlə əlaqədar 180 gün müddətinə fövqəladə vəziyyət elan edib və o vaxtdan bəri onun müddətini altı dəfə uzadıb.

Link kopyalandı!
Son xəbərlər