Rusiyada internet mağazada Luvr muzeyindən oğurlanmış qiymətli əşyalarla bağlı elan peyda olub
Dünya
314
20:38, Bu gün

Rusiyada internet mağazada Luvr muzeyindən oğurlanmış qiymətli əşyalarla bağlı elan peyda olub

Rusiyada "Avito" internet mağazasında Fransanın Luvr muzeyindən oğurlandığı ehtimal olunan qiymətli əşyalarla bağlı 250 milyon rubl (təxminən 5.2 milyon manat - red.) məbləğində elan yerləşdirilib.

Modrator.az xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.

Saytda Fransa kraliçası Mariya Amaliyanın zinət əşyaları dəstini əldə etmək təklif olunub.

Hazırda elanlar yoxlama ilə əlaqədar servis tərəfindən bloklanıb.

Qeyd edək ki, "Avito" - Rusiyada məhsul, daşınmaz əmlak, vakansiyalar və əmək bazarında CV-lər, eləcə də xidmətlərlə bağlı elanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş internet servisdir.

Link kopyalandı!
Son xəbərlər