22:09
14°C
Bakı
Gümrü bələdiyyəsinin baş memarı Henrix Qasparyan və daha bir nəfər rüşvət almaqda ittiham edilərək həbs edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gümrü bələdiyyəsinin vəzifəli şəxslərinin rüşvət alması və vəzifə səlahiyyətlərini sui-istifadə etməsi faktları üzrə cinayət işi açılıb. İttiham olunan şəxslər arasında baş memar da var və onlara qarşı qabaqcadan əlbir olan qrup şəklində cinayət törətməklə bağlı ittiham irəli sürülüb.