Bıçaqlanaraq öldürülən məşhur italiyalı aşpazın oğlunun qatillərinə hökm oxundu
Dünya
334
17:55, Bu gün

Bıçaqlanaraq öldürülən məşhur italiyalı aşpazın oğlunun qatillərinə hökm oxundu

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda məşhur italiyalı aşpaz Andrea Minqutsinin oğlu, 15 yaşlı Mattia Ahmet Minqutsinin bıçaqlanaraq qətlə yetirilməsinə dair məhkəmə prosesi başa çatıb.

İş üzrə mühakimə olunan 4 müttəhim barəsində hökm oxunub.

Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, iki müttəhimə törətdiyi cinayətə görə nəzərdə tutulan cəza ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə olsa da, yaşları 18-dən az olduğu üçün məhkəmə 24 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Digər iki təqsirləndirilən şəxsin isə sərbəst buraxılmasına qərar verilib.

Hökmdən sonra ölən uşağın anası Yasemin Minqutsi qərarla bağlı fikrini ifadə edib.

"Mən artıq sadəcə ilahi ədalətə güvənirəm, o qədər", - deyə o bildirib.

Həbs olunan müttəhimlər məhkəmədə peşman olduqlarını və baş verənlərdən kədərləndiklərini dilə gətiriblər.

Xatırladaq ki, İstanbulun Kadıköy rayonunda xırdavat bazarında bir qrup yeniyetmə məşhur italiyalı aşpazın oğlu Mattia Ahmet Minqutsiyə azı beş bıçaq zərbəsi vurub. Ona yaxınlıqda olan həkim ilkin müdaxilə edib və xəstəxanaya yerləşdirilib. Lakin günlərlə davam edən müalicələr nəticə verməyib və Ahmet Minqutsi həyatını itirib.

Qeyd edək ki, Mattia Ahmet Minqutsi İstanbulda məşhur italyan restoranının aşpazı Andrea Minqutsi və türk violonçel ifaçısı Yasemin Akıncıların oğludur.

 

 

Link kopyalandı!
Son xəbərlər