Varşava Putinin Budapeştə təhlükəsiz uçuşuna zəmanət vermir
Dünya
257
17:30, Bu gün

Varşava Putinin Budapeştə təhlükəsiz uçuşuna zəmanət vermir

Varşava Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampla görüşmək üçün Budapeştə təhlükəsiz uçuşuna zəmanət vermir.

Moderator.az Polşa mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Biz müstəqil məhkəmənin hökumətə belə bir təyyarəni saxlamaq əmri verməyəcəyinə zəmanət verə bilmərik", - o deyib.

Nazir qeyd edib ki, Avropa İttifaqının bütün ərazisində Rusiya təyyarələrinin uçuşuna qadağa qüvvədədir. "Rusiyadan Macarıstana, məsələn, Türkiyə, Monteneqro və Serbiya üzərindən uçmaq mümkündür", - o əlavə edib.

Link kopyalandı!
Son xəbərlər