Mahmud Abbas HƏMAS-ın siyasi partiyaya çevrilməsi şərtlərini açıqladı
Dünya
263
16:30, Bu gün

Mahmud Abbas HƏMAS-ın siyasi partiyaya çevrilməsi şərtlərini açıqladı

"Fələstinin radikal HƏMAS hərəkatı bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə siyasi partiyaya çevrilə bilər".
 
Moderator.az xəbər verir ki, bu fikri "Corriere della Sera" qəzetinə müsahibəsində Fələstin Prezidenti Mahmud Abbas səsləndirib.
 
"Əgər HƏMAS İsraili tanıyan Fələstin Azadlıq Təşkilatının prinsiplərini qəbul edərsə, beynəlxalq öhdəliklərinə hörmətlə yanaşarsa və iki dövlətin yaradılması haqqında qərarı dəstəkləyərsə, onda onun hələ də siyasi partiyaya imkanı var", - deyə M.Abbas əlavə edib.
 
Mahmud Abbas parlament və prezident seçkilərindən danışarkən qeyd edib ki, seçkilər hərbi əməliyyatların başa çatmasından bir il sonra təşkil edilə bilər, müvəqqəti konstitusiyanın hazırlanması haqqında məlumat isə yaxın aylarda açıqlanacaq.
 
"Biz seçki və partiyalar haqqında iki qanunvericilik norması üzərində çalışırıq", - deyə o əlavə edib.
 
Noyabrın 7-də Abbas İtaliyaya səfər edəcək və Roma Papası XIV Leo ilə görüşəcək.
Link kopyalandı!
Son xəbərlər