Moskvada Ermənistan vətəndaşı rusiyalı rejissoru qətlə yetirib
Dünya
264
16:18, Bu gün

Moskvada Ermənistan vətəndaşı rusiyalı rejissoru qətlə yetirib

Rusiyanın paytaxtı Moskvada rejissor və operator Sergey Politik oktyabrın 19-da öz evinin yanında Ermənistan vətəndaşı tərəfindən qətlə yetirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə aif.ru onun yaxınlarına istinadən məlumat yayıb.
 
Qeyd olunur ki, oktyabrın 8-də rejissor 56 yaşını qeyd edib, oktyabrın 19-da isə o, artıq həyatda olmayıb.
 
"O, siqaret çəkməyə çıxmışdı və onu bıçaqladılar", - deyə mərhumun yaxını Vladimir Stukanov bildirib.
 
O qeyd edib ki, rejissor münaqişəyə meyilli bir insan olmayıb.
 
Məlumata görə, Politiklə 33 yaşlı Ermənistan vətəndaşı arasında münaqişə baş verib və nəticədə erməni onu bıçaqlayıb. Şübhəli şəxs rejissorun sinəsinə bıçaq zərbəsi endirib, bundan sonra o, xəstəxanada vəfat edib. Hücum edən şəxs hadisə yerindən qaçıb və hazırda axtarışdadır.
 
Link kopyalandı!
Son xəbərlər