Ermənistanda hərbi xidmət müddəti azaldıldı
Dünya
790
21 Oct 2025 | 13:10

Ermənistanda hərbi xidmət müddəti azaldıldı

Ermənistanda hərbi xidmət müddəti əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 1-dən deyil, yanvarın 1-dən etibarən iki ildən bir il yarıma endiriləcək.
 
Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
Qeyd edək ki, hazırda Ermənistanda 18-27 yaş arası gənclər üçün iki illik məcburi hərbi xidmət tətbiq olunur və bu, 35 yaşa qədər ehtiyatda olan şəxslərə şamil edilir.
 
Yeni dəyişikliklərə əsasən, 18-27 yaşlı qadınlar da silahlı qüvvələrdə könüllü olaraq hərbi xidmət keçə biləcəklər.
Link kopyalandı!
Son xəbərlər