Polşada
Dünya
816
21 Oct 2025 | 12:34

Polşada "təxribat hazırlayan" səkkiz nəfər saxlanıldı

Polşada "təxribat hazırlığı" ittihamı ilə 8 nəfər saxlanılıb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə ölkənin Baş naziri Donald Tusk özünün "X" hesabında məlumat verib.
 
Onun sözlərinə görə, əməkdaşlığı şübhəli şəxslər Daxili Təhlükəsizlik Agentliyinin digər qurumlarla əməkdaşlığı nəticəsində saxlanılıb.
 
Donald Tusk konkret hansı təxribatlardan söhbət getdiyi barədə dəqiq açıqlama verməyib. Polşa daxili işlər naziri Marçin Kervinski də hələlik xəbəri şərh etməyib.
Link kopyalandı!
Son xəbərlər