Gümrü meri Vardan Qukasyan həbs edildi
Dünya
460
10:46, Bu gün

Gümrü meri Vardan Qukasyan həbs edildi

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.
 
Moderator.az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə vəkil Zarui Postancyan jurnalistlərə məlumat verib.
 
Məlumata görə, qərar hakim Vardces Sarkisyan tərəfindən verilib.
 
Məhkəmə həbs-qətimkan tədbiri haqqında vəsatəti bütün gecə müzakirə edib və yalnız səhər tezdən müşavirə otağına çəkilib.
 
Xatırladaq ki, oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra Qukasyan və daha 7 nəfərin rüşvət alınması ittihamı ilə saxlanıldığı məlum olub. Təhlükəsizlik qüvvələri əməliyyat apararkən Qukasyanın tərəfdarları binanı mühasirəyə alıblar. Polislə izdiham arasında saatlarla davam edən qarşıdurma zamanı "qırmızı beretlilər" də əraziyə cəlb ediliblər, mübahisələr və toqquşmalar baş verib. Lakin sonda Gümrü meri aparılıb.
 
İstintaqın versiyasına görə, mer və meriyanın baş memarı təxminən 1500 kvadratmetrlik ərazidəki qanunsuz tikilinin sökülməməsi barədə razılığa gəliblər və buna görə sahibindən təxminən 10 min ABŞ dolları tələb ediblər. Söhbətin "Fabrika" mağazalar şəbəkəsinin sahibi, iş adamı Sevak Qomtsyandan getdiyi bildirilir.
 
Ermənistan İstintaq Komitəsi Qukasyana dəstək aksiyasının bəzi iştirakçılarına qarşı "kütləvi iğtişaşlar" maddəsi üzrə iş açıb. Ümumilikdə 30-dan çox etirazçı saxlanılıb.
Link kopyalandı!
Son xəbərlər