Tramp Nobel Sülh mükafatını almadığına görə Zelenskiyə gileyləndi
Dünya
271
20 Oct 2025 | 21:17

Tramp Nobel Sülh mükafatını almadığına görə Zelenskiyə gileyləndi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı Nobel Sülh mükafatını almadığına görə narazılığını bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, Tramp bu mövzuda Zelenski ilə dəfələrlə danışıb. ABŞ lideri başqa məsələlərdə Zelenskinin dediklərini dinləsə də, ona reaksiya verməyib.

İddiaya görə, Zelenski özü ilə gətirdiyi xəritələri göstərərək Trampa mövcud vəziyyəti izah edib, lakin Tramp buna məhəl qoymayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər