Madaqaskarda keçid dövrü üçün yeni baş nazir təyin edilib
Dünya
490
20 Oct 2025 | 20:10

Madaqaskarda keçid dövrü üçün yeni baş nazir təyin edilib

Herintsalama Rajaonarivelo keçid dövrü üçün Madaqaskarın Baş naziri təyin edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Orange" portalı müvəqqəti prezident Maykl Randrianirina administrasiyasının kommünikesinə istinadən məlumat yayıb.

Daha əvvəl hakimiyyəti ələ keçirmiş hərbçilərin kollegial idarəetmə orqanı - İslahatlar üzrə Prezident Şurası yaratdığı xəbər verilmişdi.

Oktyabrın 17-də Ali Konstitusiya Məhkəməsi Madaqaskar Silahlı Qüvvələrinin polkovniki Maykl Randrianirinin müvəqqəti prezident təyinatını təsdiqləyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər