Mirzoyan Moldova XİN rəhbəri ilə Avropaya inteqrasiyanı müzakirə edib
Dünya
507
20 Oct 2025 | 19:50

Mirzoyan Moldova XİN rəhbəri ilə Avropaya inteqrasiyanı müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 20-də Lüksemburqda Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mihail Popşoy ilə görüşüb.

Moderator.az “armenpress”ə istinadən xəbər verir ki, nazirlər qarşılıqlı səfərlər vasitəsilə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Ararat Mirzoyan və Mihail Popşoy Avropaya inteqrasiya məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər