23:07
17°C
Bakı
Fransanın Lyon şəhərində çoxmərtəbəli binada baş vermiş yanğında dörd nəfər həyatını itirib.
Moderator.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə, 30-40 yaşlarında olan iki kişi və iki qadın qeyri-qanuni yaşadıqları zirzəmidə tüstüdən boğularaq ölüb.
Yanğınsöndürənlər alovun yuxarı mərtəbələrə yayılmasının qarşısını ala biliblər. Yanğın baş verən zaman binada olan 10 nəfər təxliyə edilib.