22:59
17°C
Bakı
Sanksiyaların təzyiqi ölkədə inflyasiyanın 30 faizə yaxın yüksəlməsinə səbəb oldu, biz bunu inkar etmir və tam qəbul edirik.
Moderator.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.
"Hökumət bazar tənzimləmə qərargahı yaratmaq, iş adamlarını dəstəkləmək, idxalçılar üçün vaxtında valyuta təmin etməklə vətəndaşlara iqtisadi təzyiqi azaltmağa çalışır", - o əlavə edib.
Mühacirani əhalinin məişət problemlərinin həllini hökumətin prioriteti olduğunu deyib və Prezident Məsud Pezeşkianın davamlı olaraq bununla maraqlandığını bildirib.