01:49
17°C
Bakı
İsrail oktyabrın əvvəlində Türkiyə hökumətinin müraciətindən sonra ən azı 66 fələstinli və Türkiyə vətəndaşının Qəzza zolağından çıxmasına icazə verib.
Moderator.az xəbər verir ki, bu barədə "Middle East Eye" mənbələrə istinadən bildirir.
Onların arasında öldürülmüş HƏMAS lideri İsmayıl Haniyənin ailəsinin 16 üzvü olub.
Məlumata görə, Qəzzanı tərk edənlər arasında 14 Türkiyə vətəndaşı və onların 40 qohumu var. Qərar İsrail və Türkiyə arasında ikitərəfli razılaşmalar çərçivəsində qəbul edilib.