00:45
17°C
Bakı
Rusiyalı iş adamı İvan Şevırevin həyat yoldaşına sui-qəsd cəhdində şübhəli bilinən Rifat Sultanov ekstradisiya edilib və Kazandakı istintaq təcridxanasına yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən TASS-a məlumat verilib.
"O, saxlanılıb, artıq təcridxanadadır", - deyə agentliyin mənbəsi bildirib.
Məlumata görə, Sultanov hadisə ilə bağlı özünü təqsirli bilib. İş üzrə digər iki təqsirləndirilən şəxs - Burixon Xamidov və Bulat Qalyamov da təqsirli olduqlarını etiraf ediblər.
Yada salaq ki, oktyabrın 14-də Kazanda motosiklet sürən şəxs 34 yaşlı qadının boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.