Azarkeşlər avtobusu daşa basdılar - Sürücü həlak oldu
Dünya
334
16:55, Bu gün

Azarkeşlər avtobusu daşa basdılar - Sürücü həlak oldu

İtaliyada "Riyeti" basketbol komandasının azarkeşləri "Pistoya" ilə matçdan sonra rəqib komandanın fanatlarını daşıyan avtobusu daşa basıblar. Nəticədə avtobusun 65 yaşlı sürücüsü həlak olub.

Moderator.az xəbər verir ki, bu informasiyanı "Sky" portalı yayıb.

Bildirilib ki, bir gün əvvəl "Pistoya" A2 Seriyasında "Riyeti"ni öz meydanında 88:73 hesabı ilə məğlubiyyətə uğradıb. "Pistoya" azarkeşləri geri dönərkən, "Riyeti" azarkeşləri onların avtobusunu daşa tutublar. Daşlardan biri qabaq şüşəni sındıraraq ikinci sürücüyə dəyib və onun traxeyasını zədələyib. Sürücünün həyatını xilas etmək mümkün olmayıb.

İtaliyanın Baş naziri Corcia Meloni "X" sosial şəbəkəsindəki hesabında əminliklə yazıb ki, bu alçaqcasına hücumun təqsirkarları tezliklə müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəklər.

A2 Seriyası İtaliya basketbolunun ikinci ən güclü divizionudur. "Pistoya" cədvəldə beşinci, "Riyeti" isə altıncı yerdədir.

Link kopyalandı!
Son xəbərlər