Uitkoff:
Dünya
234
16:20, Bu gün

Uitkoff: "Qəzzanın bərpası 50 milyard dollara başa gələ bilər"

Qəzza zolağının bombardmanlar və iki illik münaqişə nəticəsində yaranan dağıntılardan sonra bərpası təxminən 50 milyard dollar tələb edə bilər.

Moderator.az-ın "Sky News"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bildirib.

"Bəlkə bir az az, bəlkə də bir az çox. Yaxın Şərq üçün bu məbləğ "o qədər də çox pul deyil", - S.Uitkoff qeyd edib.

O vurğulayıb ki, bərpanı məhz kimin maliyyələşdirməli olduğunu dəqiqləşdirməyib: "Bu proses regionda sabitliyə doğru mühüm addım olacaq".

Link kopyalandı!
Son xəbərlər