Yaxın zamanda Rusiya-ABŞ sammitinin şərtlərinin hazırlanmasına başlanacaq
1259
20 Oct 2025 | 16:15

Yaxın zamanda Rusiya-ABŞ sammitinin şərtlərinin hazırlanmasına başlanacaq

Yaxın zamanda Budapeştdə Rusiya-ABŞ sammitinin şərtlərinin hazırlanmasına başlanacaq.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sammitə hazırlıq hələ tam başlamayıb. Əlbəttə, hamı prezidentlərin verdiyi tapşırıqları yerinə yetirir. Lakin yüksək səviyyəli görüş üçün lazımi şərtlərin hazırlanması üçün belə tammiqyaslı "danışıqlar", komanda işi hələ başlamayıb. O, ancaq indi başlayacaq", - D.Peskov jurnalistlərə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər