Paşinyanın videosundan sonra Ermənistana getməkdən imtina etdi - VİDEO
Dünya
263
16:07, Bu gün

Paşinyanın videosundan sonra Ermənistana getməkdən imtina etdi - VİDEO

Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert turuna getməkdən imtina edib.

Moderator.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı öz mənbəyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yerli təşkilatçı şirkət Ermənistanın baş naziri Nikol Paşinyanın ulduzun mahnısını dinlədiyi videosundan sonra Zemfiranın şousunu təşkil etmək istəyib.

Təşkilatçıların sözlərinə görə, bundan sonra İrəvanda şəhər konsertləri və korporativlər üçün müğənniyə 20 milyon rubl (təxminən 11 765 manat) təklif ediblər və daha çox da təklif edə bilərdilər, lakin o, qəti şəkildə konsertdən imtina edib.

Kanalın mənbələri əmindirlər ki, Zemfira Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynaya dəstək verdikdən sonra Ermənistanda həbs ediləcəyindən qorxur.

Xatırladaq ki, daha əvvəl Paşinyan "Telegram" kanalında Zemfiranın "P.M.M.L." mahnısı altında fikirli şəkildə masanın arxasında oturduğu videonu paylaşıb. Videoda baş nazirin öz kabinetində oturub önünə baxaraq, mahnıya qulaq asdığı görünür, "Məni bağışla, mənim sevgim" sözlərində isə o, baxışını kameraya yönəldir.

Link kopyalandı!
Son xəbərlər