03:01
17°C
Bakı
"Bizimlə qarşı tərəf arasında bu və ya digər şəkildə vasitəçilərin təşəbbüsü ilə müzakirələr davam edir. Bu, danışıqlara başladığımız anlamına gəlmir".
Moderator.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.
XİN rəsmisi deyib: "İran vasitəçilərin təşəbbüsü ilə ABŞ ilə mesaj mübadiləsini davam etdirir. Bunu danışıqlar adlandırmaq hələ tezdir. Danışıqlar o zaman başlayır ki, tərəflər bir-birinin mövqelərinə hörmətlə yanaşır və maraqların bərabər əsasda nəzərə almağa hazır olurlar. Biz hələ o mərhələdə deyilik".