Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ ordusu üçün avadanlıq istehsal edən özəl şirkət 2024-cü ilin noyabrında Nyu-Cersi üzərində dolaşan obyektlərin UNO deyil, gizli hərbi texnika olduğunu etiraf edib.
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
"Ötən il Nyu-Cersidə yaşanan o böyük UNO qorxusunu xatırlayırsınız? Bax, o biz idik", - deyə nəşrin müsahibi ABŞ-nin Fort-Raker poliqonundakı ordu konfransında bildirib.
Onun sözlərinə görə, o zaman hərbçilər yeni aparatları test edirdilər, lakin bunun hansı cihazlar olduğunu onlar məxfilik barədə dövlət müqaviləsinə görə açıqlaya bilmirlər.
Məqalənin müəllifi vurğulayır ki, UNO olduğu güman edilən obyektlər 2024-cü il noyabrın 13-də Morris dairəsindəki Pikatinni Arsenal hərbi bazasının üzərində peyda olub. Onlar dekabr ayının sonuna qədər arabir uçuş həyata keçiriblər ki, bu da yerli əhali arasında narahatlıq yaradıb.
Pentaqon federal hökumətin işinin dayandırılmasını əsas gətirərək, məlumatı şərh etməkdən imtina edib.