Boliviyada keçirilən prezident seçkisinin qalibi bəlli oldu
Dünya
285
14:22, Bu gün

Boliviyada keçirilən prezident seçkisinin qalibi bəlli oldu

Senator Rodriqo Paz Pereyra Boliviyada keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlib.
 
Moderator.az-ın məlumatına görə, bu barədə rəqəmlər Cənubi Amerika ölkəsinin Ali Seçki Tribunalının dərc etdiyi nəticələrdə öz əksini tapıb.
 
Belə ki, Mərkəzçi Xristian-Demokrat Partiyasının namizədi seçicilərin 54.61%-nin dəstəyini qazanıb.
 
"Mən Rodriqo Paz Pereyranı Boliviyada ilk dəfə keçirilən tarixi ikinci tur nəticəsində prezident seçilməsi münasibətilə təbrik edir və onun hökumətinə uğurlar arzulayıram", - deyə hazırkı prezident Luis Arse "X" platformasında yazıb.
 
O qeyd edib ki, hakimiyyətin seçki ilə formalaşmış bir hökumətdən digərinə ötürülməsi son 28 ildə ilk dəfə baş verəcək.
Link kopyalandı!
Son xəbərlər