Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ prezidenti Donald Tramp iş adamı Mark Savayanı İraq üzrə xüsusi nümayəndəsi təyin edib.
Moderator.az bildirir ki, ABŞ lideri bu barədə “Truth Social”da məlumat verib:
“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Mark Savaya İraq Respublikası üzrə xüsusi nümayəndə olacaq”.
O əmin edib ki, Savaya ABŞ və İraq arasındakı münasibətləri dərindən anlayır və regionda əlaqələri var:
“Mark mənim Miçiqandakı kampaniyamda əsas rol oynayıb, burada o və başqaları səsvermədə müsəlman amerikalıların rekord dəstəyini təmin etməyə kömək ediblər”.
Savaya marixuana əsaslı müxtəlif məhsulların istehsalı və yayılması ilə məşğul olan Leaf and Bud şirkətinin yaradıcısıdır.