Türkiyəyə məxsus "Boeing 747" dənizə düşdü – iki nəfər həlak oldu
Bizi sosial şəbəkələrdən izləyin:
Honkonq beynəlxalq hava limanında yük təyyarəsi uçuş-enmə zolağından kənara çıxaraq dənizə yuvarlanıb.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bildirilir ki, qəza yerli vaxtla təxminən 03:50-də (Bakı vaxtı ilə 23:50) baş verib. Türkiyənin "AirACT" aviaşirkətinə məxsus "Boeing 747"təyyarəsi Birləşmiş Ərəb Əmirlikləri üçün yükdaşıma həyata keçirirmiş. Təyyarənin yerüstü nəqliyyat vasitəsi ilə toqquşduğu ehtimal edilir.
Hadisə nəticəsində iki nəfər həlak olub. Onlar əvvəlcə itkin düşmüş hesab edilib, daha sonra birinin ölüsü dənizdən çıxarılıb, digəri isə hadisə yerində yaralı aşkar edilib. Sonuncu xəstəxanada keçinib.