Türkiyənin ən zəngin şəxsi dəyişdi - SİYAHI
Dünya
259
08:10, Bu gün

Türkiyənin ən zəngin şəxsi dəyişdi - SİYAHI

"Forbes Türkiye" jurnalı milyarderlər siyahısını yeniləyib və iki ildir Türkiyənin ən zəngin iş adamı adını daşıyan Murat Ülker birinciliyi "Chobani" şirkətinin sahibi Hamdi Ulukayaya təhvil verib.
 
Moderator.az xəbər verir ki, Ulukayanın sərvəti 13.5 milyard dollara çatıb.
 
Sərvəti 5.4 milyard dollar olaraq qiymətləndirilən Murat Ülker isə ikinci yerdə qərarlaşıb. Şaban Cemil Kazancı 4.7 milyard dollarla üçüncü olub.
 
Siyahıda həmçinin Erman Ilıcak - 2.9 milyard dollar, Mehmet Sinan-Tara - 2.8 milyard dollar, Ferit Şahenk - 2.6 milyard dollar, İpek Kıraç - 2.5 milyard dollar, Sevim Arsel - 2.4 milyard dollar, Filiz Şahenk - 2.4 milyard dollar və Mustafa Rahmi Koç - 2.2 milyard dollar sərvətlə ilk onluqda yer alıblar.
Link kopyalandı!
Son xəbərlər