Almaniya hərbi çağırışı bərpa etməyə hazırlaşır
Dünya
252
16:35, Bu gün

Almaniya hərbi çağırışı bərpa etməyə hazırlaşır

Almaniya müdafiə naziri Boris Pistorius ölkədə ümumi hərbi çağırışın yenidən tətbiq edilməsini zəruri hesab edir.
 
Moderator.az xəbər verir ki, nazir “Bild am Sonntag” qəzetinə müsahibəsində gənc üçün çağırışın bərpasının Rusiyaya qarşı çəkindirici siqnal olacağını bildirib.
 
“Əgər biz bütün kişiləri yenidən hərbi qeydiyyata alsaq və xidmətə yararlı olanları müəyyən etsək, bu, Rusiyada da hiss olunacaq. Bu, eyni zamanda çəkindirici addımdır. 2011-ci ildən dayandırılmış çağırış sistemi fövqəladə vəziyyət yarandığı təqdirdə dərhal bərpa ediləcək. Biz bilməliyik, kim xidmətə hazırdır, kim yox”, – deyə o vurğulayıb.
 
Nazir həmçinin hərbi komissarlıqların ləğvini “böyük səhv” adlandırıb və bildirib ki, yeni, müasir strukturların yaradılması prosesi davam edir.
 
“2027-ci ilin ortalarından Almaniya yenidən çağırış sisteminə tam hazır olacaq”, – Pistorius qeyd edib.
 
Onun sözlərinə görə, hərbi xidmətlə bağlı yeni qanun 2026-cı ilin əvvəlində qüvvəyə minəcək: “Bundestaqda hamı anlayır ki, bu, Almaniyanın təhlükəsizliyi məsələsidir”.
Link kopyalandı!
Son xəbərlər