Osmaniyenin Sumbas rayonunda yerli vaxtla saat 14:39-da 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar 7 kilometr dərinlikdə baş verib və ətraf vilayətlərdə də təşvişə səbəb olub. Bir çox sakinlər yaşadıqları qorxunu sosial şəbəkələrdəki paylaşımları ilə ifadə ediblər.