Almaniya Gürcüstandakı səfirini geri çağırdı
Dünya
391
15:30, Bu gün

Almaniya Gürcüstandakı səfirini geri çağırdı

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya XİN-in bəyanatında deyilir.
 
“Gürcüstan rəhbərliyi artıq bir neçə aydır ki, Avropa İttifaqına, Almaniyaya və şəxsən Almaniya səfirinə qarşı təbliğat aparır. Buna görə də Peter Fişerin gələcək addımların müzakirəsi üçün məsləhətləşmələrə çağırılması qərara alınıb”, – bəyanatda qeyd olunur.
 
Qeyd edək ki, Gürcüstan hakimiyyəti, o cümlədən baş nazir İrakli Kobaxidze dəfələrlə Almaniya səfirini ölkədə “inqilabi prosesləri dəstəkləməkdə” və daxili işlərə qarışmaqda ittiham edib.
 
Sentyabrın sonunda Gürcüstan Xarici İşlər Nazirliyi Peter Fişeri nazirliyə çağıraraq ona səfirin ev sahibi ölkənin daxili işlərinə müdaxilə etməməli olduğunu xatırladıb.
Link kopyalandı!
Son xəbərlər