Parisdə Luvr qarət olundu – dünyanın ən məşhur muzeyi bağlandı
Dünya
238
14:00, Bu gün

Parisdə Luvr qarət olundu – dünyanın ən məşhur muzeyi bağlandı

Fransanın mədəniyyət naziri Rəşida Dati bu gün səhər açıqlama verərək bildirib ki, Parisdə yerləşən Luvr muzeyində oğurluq hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisədən dərhal sonra muzey gün ərzində ziyarətçilər üçün bağlanıb, əraziyə polis və təhlükəsizlik qüvvələri cəlb olunub.
 
Nazirlikdən verilən məlumata görə, qarətin detalları və oğurlanan eksponatların siyahısı hələ açıqlanmayıb.
 
Hazırda Fransa hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır və Luvr muzeyinin təhlükəsizlik sistemindəki mümkün boşluqları müəyyən etməyə çalışır.
 
Hadisə Parisdə böyük ictimai rezonans doğurub, çünki Luvr dünyanın ən çox ziyarət olunan muzeylərindən biri hesab olunur və burada Mona Liza, Venus de Milo kimi sənət əsərləri saxlanılır. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər