Rusiyada kütləvi zəhərlənməyə görə cinayət işi açıldı - YENİLƏNİB
Dünya
325
08:51, Bu gün

Rusiyada kütləvi zəhərlənməyə görə cinayət işi açıldı - YENİLƏNİB

Buryatiyada 18-i uşaq olmaqla 43 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olan kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb .
 
Bildirilib ki, Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə istehlakçıların təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların satışına görə cinayət işi açılıb.
 
Müstəntiqlər müəyyən ediblər ki, qurbanlar ərzaqları regional pərakəndə satış şəbəkəsindən alıblar.
 
Respublika Prokurorluğu faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
 
08:02
 
Buryatiyada (Rusiya - red.) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.
 
"Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə alınıb, onlardan 18-i uşaqlardadır. Xəstələr Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib", - qurumdan bildirilib.
 
Zəhərlənmənin səbəbi məlum deyil, hadisənin təfərrüatını aidiyyəti qurumlar araşdıracaq.
 
Link kopyalandı!
Son xəbərlər