Dünya
303
18 Oct 2025 | 23:36

"Qəddafinin toru"na düşən keçmiş prezident KARSERDƏ SAXLANILACAQ

Beş il müddətinə azadlıqdan məhrum edilən Fransanın keçmiş prezidenti Nikola Sarkozi cəzasını karserdə çəkəcək.

Moderator.az xəbər verir ki, BFMTV mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Sarkozi oktyabrın 21-dən Parisin cənubunda yerləşən Sante həbsxanasında saxlanılacaq. Hazırda bu, Fransa paytaxtında qalan yeganə həbsxanadır.

Burada həssas şəxslər üçün palata var. Keçmiş siyasətçi çox güman ki, yaşına (70) və şöhrətinə görə bura yerləşdirilə bilər. Lakin telekanalın məlumatına görə, bu baş verməyəcək.

Sentyabrın 25-də Paris Cinayət Məhkəməsi keçmiş dövlət başçısını yaxın adamlarının Suriya lideri Müəmmər Qəddafinin 2007-ci il prezidentlik kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsində iştirakına görə "cinayətkarlıq sui-qəsdi"ndə təqsirli bilib.


Sarkozi korrupsiya ittihamı ilə bəraət alıb. O, hökmdən apellyasiya şikayəti verəcəyini və həbsxanada yatacağını, lakin başını dik tutacağını bildirib.

 

(Publika)

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər