Bizi sosial şəbəkələrdən izləyin:
“Utro Dağıstan” Teleqram kanalının yaradıcısı Abakar Abakarov İstanbulda ölü tapılıb.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, onun çoxsaylı bıçaq xəsarətləri olan meyiti kirayə götürdüyü villada aşkar edilib.
Qətldə jurnalistlə evdə olan şəxs şübhəli bilinir.
Qeyd edək ki, Abakarov 2023-cü ilin noyabrında Rusiyada federal axtarışa verilib. İstintaqın fikrincə, həmin ilin oktyabrında Mahaçqala hava limanında kütləvi iğtişaşların koordinasiyası üçün “Utro Dağıstan” Teleqram kanalından istifadə edilib.