Bizi sosial şəbəkələrdən izləyin:
Yəmən sahilləri yaxınlığında hücuma məruz qalan neft tankerinin heyəti təxliyə edilib.
Bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bu gün "Reuters" agentliyi Britaniyanın "Ambrey" şirkətinə (dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olur) istinadən tankerin göyərtəsində baş verən partlayışdan sonra qəza siqnalı verdiyini bildirib.
"Kamerun bayrağı altında üzən tanker Yəmənin Əhvar şəhərindən təxminən 60 dəniz mili cənubda göyərtəsində partlayış baş verdikdən sonra qəza siqnalı göndərib", - məlumatda bildirilib.(Report)