Türkiyə qırıcıları Putinin təyyarəsini müşayiət edəcəklər - FOTO
Dünya
1449
18 Oct 2025 | 15:55

Türkiyə qırıcıları Putinin təyyarəsini müşayiət edəcəklər - FOTO

"Rusiyanın qırıcıları Kremlin rəhbəri Vladimir Putinin təyyarəsini Budapeşt yolunda müşayiət edəcəklər".

Moderator.az xəbər verir ki, bunu "Moskovski Komsomolets" nəşrinə rusiyalı hərbi ekspert, Rusiya aviasiyasının general-mayoru Vladimir Popov deyib.

Bildirilir ki, "İl-96" təyyarəsini təxminən dörd "Su-30SM" və ya "Su-35" qırıcısı müşayiət edəcək.

Bundan başqa, "AIRLive" nəşrinin məlumatına əsasən, Qara dənizin üzərindən uçduqdan sonra drondan istifadə etməklə mümkün təxribatın qarşısını almaqdan ötrü Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri əməliyyata qoşulacaqlar.

Nəşr qeyd edir ki, ən mümkün marşrutlardan biri aşağıdakı kimidir: Xəzər dənizi, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiya üzərindən Budapeştə.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin yaxın iki həftə ərzində Budapeştdə görüşü planlaşdırılır.

Putinin təyyarəsini Budapeştə uçarkən Rusiya və Türkiyə qırıcıları müşayiət edəcəklər

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər