HƏMAS silahı yerə qoymaqdan imtina etdi
Dünya
1368
18 Oct 2025 | 14:57

HƏMAS silahı yerə qoymaqdan imtina etdi

"Fələstinin HƏMAS silahlı qruplaşması Qəzza zolağında təhlükəsizliyə nəzarəti əlində saxlamaq niyyətindədir və tərksilah öhdəliyi götürə bilməz".

Moderator.az xəbər verir ki, bunu HƏMAS-ın yüksəkrütbəli rəsmisi Məhəmməd Nazzal "Reuters" agentliyinə bildirib.

Onun sözlərinə görə, HƏMAS dağılmış Qəzza zolağının bərpası üçün beş ilə qədər atəşkəsə hazırdır.

Bununla belə, o qeyd edib ki, gələcək fəaliyyət üçün təminatlar fələstinlilərə dövlətçilik üçün "üfüqlər və ümidlər" verilib-verilməməsindən asılıdır.

Qeyd edilir ki, HƏMAS-ın mövqeyi ilə ABŞ Prezidenti Donald Trampın danışıqlar ərəfəsində planı arasında əhəmiyyətli uyğunsuzluqlar var.

Qeyd edək ki, oktyabrın 13-də Tramp Qəzza münaqişəsinin bitdiyini elan edib. Amerika lideri bunu böyük və mürəkkəb diplomatik səylərin kulminasiya nöqtəsi və Yaxın Şərqdə sülhün təcəssümü kimi qələmə verib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər