XİN rəhbəri:
Dünya
1405
18 Oct 2025 | 13:58

XİN rəhbəri: "Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında irəliləyişə ümid edirik"

Ermənistan yaxın həftələr və aylarda Türkiyə ilə diplomatik münasibətlərin qurulmasında, eləcə də sərhədin açılmasında irəliləyişə ümid edir.

Moderator.az xəbər verdiyi kimi, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Deutsche Welle"yə müsahibəsində bildirib.

"Bizim Türkiyə ilə bir çox səviyyələrdə çox yaxşı dialoqlarımız var: liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar... Hesab edirəm ki, yaxın həftələr və aylarda biz bu istiqamətdə olduqca hiss olunan irəliləyişə nail olacağıq", - deyə o bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər