17:08
19°C
Bakı
"Beynəlxalq Şəxsi Detektivlər Assosiasiyası"nın rəhbəri Andrey Matuşkin dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qeyd edilib ki, o, dövlət sirri təşkil edən məlumatları toplamaqda və xaricə ötürməkdə şübhəli bilinir. Məşhur detektivin Baltikyanı ölkələrin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və Rusiyada onların tapşırıqlarını yerinə yetirməsində də birbaşa iştirak etdiyi güman edilir. Matuşkinin məhkəməsinin dövlət sirrinin açılması riskinə görə qapalı keçiriləcəyi gözlənilir.
Matyuşkinin yaratdığı assosiasiyasına ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin detektivləri daxil edilib. Saxlanılan şəxsin həmkarı Mixail Loktionov qeyd edib ki, assosiasiyaya üzvlük ödənişli olub.